Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Masallı və Cəlilabad rayonları üzrə ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində verir.
Görüşdə keçən tədris ili üzrə buraxılış imtahanının nəticələrinin təhlili, yeni tədris ilində dərnək məşğələlərinin təşkili, 2023-2024-cü tədris ilində qarşıda duran prioritet istiqamətlər haqqında danışılıb.
Korrupsiya ilə bağlı hüquqpozmalar və onların həlli istiqamətində görülən nəzarət tədbirləri ilə bağlı məsələlər də həmçinin müəssisə rəhbərlərinin nəzərinə çatdırılıb.
Sonda görüş iştirakçılarını maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.