Masallı sakini Bakı şəhəri ərazisində velosiped oğurlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 sentyabr tarixində verir.
Bakı şəhəri Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində A.Hüseynova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Şahbazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.