Masallı sakini paytaxtın Sabunçu qəsəbəsi ərazisində soyğunçuluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sürücünün pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş H.Əhmədzadə saxlanılıb.
Araşdırma aparılır.