Masallının bir sıra kəndlərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 sentyabr tarixində verir.
Belə ki, 26 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər qaz tənzimləyicinin quraşdırılması üçün Masallı ölçü qovşağından qidalanan Masallı şəhərinin bir hissəsinin, Digah, Seybətin və Səmitxan-2 kəndlərinin ümumilikdə 3200 abonentinin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunan ərazilərdə yaşayanlardan qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.