Masallı rayon Mərkəzi Kitabxanasında kənd kitabxana filial əməkdaşlarının iştirakı ilə növbəti seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 dekabr tarixində verir.
Seminarda kitabxananın direktor əvəzi Zamin Məmmədov gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Sonra görülmüş işlərin nəticələri və qarşıdakı aylarda nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb. Kitabxana xidmətinin səmərəliliyinin artırılması və oxucularla aparılan işin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
Tədbirin yekununda Mərkəzi Kitabxananın direktor əvəzi ömrünün ən dəyərli hissəsini kitabxana sahəsinə həsr etmiş Şıxlar kənd kitabxana filialının müdiri Kinəvəz Vəliyevanı 65 yaşının tamam olması və təqaüdə yola salınması münasibətilə təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb. Kitabxananın əməkdaşları onun haqqında xoş sözlər söyləyib, birlikdə xatirə şəkli çəkdiriblər.