Masallı rayonunda işıq dirəkləri yenilənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində Masallı RİHB yanında Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə istinadən verir.
Qış mövsümünə hazırlıq ilə əlaqədar rayonun Təzəkənd kəndində 3 ədəd qəzalı işıq dirəkləri yenisi ilə əvəz edilib. Eləcə də elektrik xətlərinə toxunan ağacların budanması aparılıb və elektrik xətləri dartınıb.
Təmir-bərpa işləri “Azərişıq” ASC-nin Masallı şöbəsinin, Təzəkənd ərazi nümayəndəliyinin və kənd sakinlərinin birgə əməyi nəticəsində həyata keçirilib.