Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Masallıda vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Qəbul 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) baş tutacaq. Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar qəbula yazıla bilərlər.
Vətəndaşlar 16 oktyabra qədər nazirliyin [email protected] elektron poçt ünvanına, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və ya “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.