Masallı rayonunun Hişkədərə, Mişkəmi, Kubin və Miyənkü kəndlərində qazın verilişi dayandırılıb.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, buna səbəb avtomobil qəzası nəticəsində adıçəkilən kəndləri qazla təmin edən xəttin zədədlənməsidir. Beləliklə, ümumilikdə 4000-ə yaxın abonentinin qaz təminatı dayandırılıb.