Bu gün Masallının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 dekabr tarixində verir.
Masallı rayonunun Meşəkənarı kəndində yeni inşa olunmuş qaz xətti diametri 273 mm-lik ortatəzyiqli qaz xəttinə qoşulacaq. Bununda əlaqədar bu gün, 11 dekabr tarixində saat 14:00-dan Alvadı ölçü qovşağından qidalanan Meşəkənarı, Köhnə Alvadı, Tatyanoba, Güllütəpə, Böyük Xocavar, Bambaşı, Yeyənkənd və Abasbəyli kəndlərinin ümumilikdə 3200 abonentində qaz olmayacaq. Belə ki, işlər yekunlaşana qədər qaz təchizatının dayandırılması planlaşdırılır.