Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Cenublu.az AQTA-ya istinadən xəbər verir ki, monotorinq zamanı Abuşov Ümid Alış oğluna məxsus marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb.
İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.