top
Mərhum aktyor Bahadur Əliyevin doğum gündür
24 fevral 2025, 06:08
- ↺ +

Mərhum aktyor Bahadur Əliyevin doğum gündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

39 ilini kino sənətinə həsr edən masallılı Bahadur Əliyevin anadan olduğu gündür.

Bahadur Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində anadan olub. O, 80-ə yaxın filmdə çəkilib.

Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan “Əlibaba və 40 quldurun macəraları”, Hindistanın “Abdulla”, həmçinin Özbəkistanın “Şerəli və Aybərçin” filmində çəkilib. Lakin o, daha çox “Ulduz” kinofilmindən sonra tanınıb. Həmin ekran əsərində Bahadur “Qədir” obrazını canlandırıb.

Əliyev 1957-1959-cu illərdə çəkilən “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində aktyor kimi çıxış edir. Lakin 1959-cu ildə o, “kinostudiyada işin həcmi azaldığına görə” işdən azad olunur və Bakıdakı “Lal-karlar üçün Mədəniyyət evi”nə bədii rəhbər vəzifəsinə işə düzəlir.

1961-ci ildən “Azərbaycanfilm”də korrektor ştatına işə götürülür. 1961-1965-ci illərdə “Telefonçu qız”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Böyük dayaq”, “Möcüzələr adası”, “Sehrli xalat” filmlərində müxtəlif rollarda çıxış edir.

1965-ci ildə böyük inzibatçı vəzifəsində çalışmağa başlayır. Həmin vaxt o, “Dağlarda döyüş”, “Yenilməz batalyon”, “Yun şal”, “İstintaq davam edir” və s. filmlərdə rol alır.

Bahadur Əliyev 1968-1973-cü illərdə kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsində işləyir. O, həm xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində iştirak edir, həm inzibatçı kimi dublyaj işini təşkil edir, həm də filmlərə çəkilir. Bu dövrdə ekranlaşdırılan “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “O qızı tapın” və s. kinolentlərdə onun rolu var.

O, 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Bu zaman “Babək”, “Evlənmək istəyirəm”, “Özgə ömür” və s. filmlərdə çəkilir. 1995-ci ildə o, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxır.

16 sentyabr 2002-ci ildə Sumqayıt şəhərində yolda ürək çatışmazlığından  infarkt keçirərək vəfat edib. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Oxşar xəbərlər