top
Mamay təpəsindəki abidədə adı həkk edilən lənkəranlı QƏHRƏMAN
22 noyabr 2024, 23:45
- ↺ +

Mamay təpəsindəki abidədə adı həkk edilən lənkəranlı QƏHRƏMAN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu ildə dekabrın 15-i Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub.

O, Lənkəran Subtropik Bitkilər Texnikumunu bitirdikdən sonra kənddəki təsərrüfatda işləyib.

Abbasov 1939-cu ildə sovet ordusu sıralarına çağırılıb, 1941-ci ildə Ukrayna, 1942-ci ildə isə Stalinqrad (Volqoqrad) cəbhələrində vuruşub. O, xidmət etdiyi hissədə snayperlik hərəkatının təşəbbüsçülərindən biri olub. Serjant Baloğlan Abbasov 51 günə 106 faşisti məhv edib, usta atıcılar arasında birinci yer tutub. Onun təlim keçdiyi snayperlər tərəfindən isə həmin zaman 615 faşist öldürülüb.

Baloğlan Abbasov 1942-ci ildə noyabrın 19-u sovet qoşunlarının hücumu zamanı döyüşdə həlak olan taqım komandirinin yerinə təyin edilib və öz bölüyü ilə almanlarla əlbəyaxa döyüşə girərək, onları mövqelərindən qovub.

B.Abbasov 1942-ci ildə noyabrın 23-ü Stalinqrad vilayətinin Qorodişenski rayonunda düşmənin möhkəmləndirilmiş məntəqəsinə hücum zamanı həlak olub. Ölümündən sonra Qırmızı Bayraq ordeni ilə təltif edilib. O, həmçinin “İgidliyə görə” medalını, Ali Baş Komandanlığın təşəkkürünü alıb. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə Abbasovun adı əbədi olaraq qvardiya diviziyası şəxsi heyətinin siyahısına daxil edilib.

Şəkər Aslanın “Mən qayıtmasam”, Mirhafiz Bahadırın “Berlinə açılan tüfəng” poemaları, Etibar Əhədovun “Odlu izlərlə” sənədli povesti Baloğlana həsr olunub.

Rus yazıçısı Pyotr Pavlenkonun 1943-cü ildə Moskvada “Baloğlan Abbasov” adlı kitabı nəşr olunub. Həmin kitabda yazılıb: “Əgər azərbaycanlı şair qəhrəman haqqında mahnı demək istəyirsə, qoy bu mahnını Baloğlan Abbasova həsr etsin…Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin…Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan Abbasovu unutmayın. İgidlik göstərib onunla kifayətlənən adam hələ qəhrəman deyildir; əsl qəhrəman o şəxsə deyirlər ki, başqalarını da Baloğlan Abbasov kimi özünə bənzəməyə öyrətsin”.

Hazırda Lənkəran şəhərində küçələrdən biri onun adını daşıyır və Kənarmeşə kəndində idarə binasının qarşısında qəhrəmanın abidəsi ucaldılıb. Stalinqradda Mamay təpəsində qoyulan abidə kompleksində Abbasovun adı həkk edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər