top
Məhkəmə Rövşən Lənkəranskinin tərəfdarı ilə bağlı qərarı elan etdi
12 dekabr 2024, 23:32
- ↺ +

Məhkəmə "Rövşən Lənkəranski"nin tərəfdarı ilə bağlı qərarı elan etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə adam oğurluğunda təqsirləndirilən, kriminal aləmdə “Ciqan Bəhruz” kimi tanınan Bəhruz Rəfiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 Pravda.az məlumat verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.  

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Rəfiyev 12 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, B.Rəfiyev tanışı olan bir neçə nəfərlə yetkinlik yaşına çatmayan şəxsi oğurlayaraq hədə qorxu ilə ümumilikdə 35 min dollar pul alıblar. Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Əlinin (ad şərtidir) maddi imkanının yaxşı olması, davamlı olaraq yüksək məbləğdə pullar xərcləməsi və dostları üçün bahalı hədiyyələr alması barədə eşidib. Bundan sonra adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək üçün tanışları ilə birləşərək onu oğurlamağa qərar veriblər. Onlar Əlini və tanışını Xətai rayonu, Babək prospekti 62/2T ünvanında yerləşən “Sultanlar” çay evinə çağırıblar. Çay evində Əlini və dostunu şillə ilə vurublar. Hər ikisini sərbəst buraxmaq üçün 25 min dollar pul tələb ediblər. Əli onların tələbi ilə razılaşıb. Təqsirləndirilən şəxs və qrup üzvləri Əlini taksi ilə mənzillərinə aparıblar. Əli evə qalxaraq seyfdən atasının 42 min 500 manat təşkil edən 25 000 ABŞ dollar pul vəsaitini götürüb qrup üzvlərinə verib. İttihama görə, bundan başqa Əliyə ikinci dəfə cinayətkar dəstə tərəfindən hədə-qorxu gəlinib. Ondan 10 min dollar pul tələb olunub. O da qorxduğu üçün həmin məbləği dəstə üzvlərinə verib. Bəhruz Rəfiyevin cinayət işi digər qrup üzvlərindən ayrı icraatda araşdırılıb. Məhkəmədə ifadə verən Bəhruz Rəfiyev özünü təqsirli bilməyib. Nə zərərçəkəni, nə də onun ailəsini tanımadığını və heç vaxt görmədiyini bildirib. Məhkəmədə dindirilən şahidlər isə ifadələrində Bəhruz Rəfiyevin bu cinayət əməlini törətmədiyini, lakin istintaq dövründə təzyiqlə sənədlərə qol çəkdiklərini deyiblər. 

 Qeyd edək ki, Bəhruz Rəfiyevin bundan əvvəl də məhkumluğu var. Belə ki, o əvvəllər xuliqanlıqda, sağlamlığa zərər vurmada təqsirləndirilərək məhkumluq yaşayıb. 2016-cı ildə Səbail rayonu, Badambar qəsəbəsində yerləşən “Bulaq” restoranında kriminal “razborka” zamanı yaralanıb və təqsirləndirilən şəxs kimi məhkum edilib. Mətbuatda həmin “razborka”nın "Lotu Qulu" ləqəbli Nadir Səlifovun və "Rövşən Lənkəranski"nin tərəfdarları arasında baş verdiyi qeyd edilib.  "Rövşən Lənkəranski"nin tərəfdarlarından sayılan “Astaralı Fuad”la birlikdə “Bulaq” restoranına gələn “Ciqan Bəhruz”, “Lotu Quli” tərəfdarı olan “Ayqam Samir” və digərləri ilə mübahisə edib. Məhz restoranda atışma olub. Nəticədə, “Astaralı Fuad” və “Ciqan Bəhruz” güllə yarası alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Astaralı Fuad” 8 il, “Ciqan Bəhruz” 4 il, “Ayqam Samir” 10 il azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsində isə “Ayqam Samir”in cəzası 15 ilə, “Astaralı Fuad”ın isə cəzası 10 ilə qaldırılıb. “Ciqan Bəhruz”un isə cəzası dəyişdirilmədən saxlanılıb. Bəhruz cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. O, "Rövşən Lənkəranski"nin tərəfdarlarından hesab olunur. Onun "qanuni oğru" "Hacı Beyləqanski" ilə, tanınmış avtoritet "Emin Naxçıvanski" ilə yaxın münasibətlərinin olduğu bildirilir. 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər