top
Magistraturada qiyabi təhsil MÜMKÜN OLACAQ?
06 dekabr 2024, 07:00
- ↺ +

Magistraturada qiyabi təhsil MÜMKÜN OLACAQ?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Təhsil qanunvericiliyinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinin yarımçıq, kollec, “köhnə dildə” desək, texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllər də olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib”.

Bu fikirləri bizim.media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

Qiyabi magistratura təhsilinin olmaması ilə bağlı fikirlərini bölüşən ekspert bildirib ki, magistratura təhsili isə ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir:

“İndi gəlin görək, bəhs etdiyimiz qaydalar hansı səviyyədə, dərəcədə müəyyən edilib və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Gəncləri magistraturaya cəlb etmək üçün hətta Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm haqqında” qanun layihəsindən çıxarılıb, plan yerlərinin artırılmasına cəhdlər edilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər aparıb magistratura təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ali təhsilin magistratura səviyyəsi üzrə müəyyən edilmiş ixtisasların təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsi təmin edir”.

“Təkpilləli ali təhsil sisteminə keçə bilərik”

Müsahibimiz onu qeyd edib ki, magistratura təhsili ölkəmizin Avropada ortaq təhsil məkanı yaratmaq ideyasına xidmət edən Bolonya prosesinə qoşulmağımızla əlaqədar təhsil sistemimizə daxil edilib:

“Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət etməli idi. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılırdı. Lakin gözləntilər özünü lazımınca doğrultmadı.

Bir çox ölkələr iki pilləli – bakalavriat və magistratura pllələrindən imtina edərək, əlavə 2 ilə ehtiyac görmür, əvvəlki qaydada təkpilləli 5 illik təhsil sisteminə keçmək barədə düşünürlər. Bu mənada biz də ya ali təhsilin pillələrinə yanaşma tərzimizi dəyişməli, ya da bir çox ölkələrdə olduğu kimi, iki pilləli ali təhsildən təkpilləli sistemə keçilməliyik.

Son zamanlar nəinki, magistratura, hətta bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi barədə fikirlər səsləndirilir…

O ki, qaldı magistraturanın qiyabi şöbəsinə, sanki, əyani magistrların bütün problemləri həll olmuşdu, qalmışdı bircə qiyabiçilərin… Hələ ki, magistratura üzrə qiyabi təhsil mövcud deyil və buna ehtiyac da yoxdur. Bu gün hətta bakalavriatda bir çox ixtisaslar üzrə qiyabi şöbələr bağlanılır, o ki, qaldı magistratura təhsili olsun. Bir də ki, elm cəfakeşləri üçün, bir növ qiyabi təhsili əvəz edə biləcək dissertantura var. Arzusunda olanlar, hər hansı bir mövzu götürüb, elmi-tədqiqat işləri ilə məşğul ola bilərlər. Təki istək olsun…”

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər