Lənkəran rayonunun Liman şəhərinin sakinləri qaranlıqdan əziyyət çəkirlər. Bununla bağlı onlar bu gün, 25 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, dəmiryol stansiyasının olduğu ərazi belə işıqlandırılmır:
“Sakinlər zülmət qaranlıqda küçəyə çıxa bilmirlər. Avtomobil yolu, dəmiryol stansiyası işıqlandırılmadığından piyadalar üçün həyati təhlükə yaranır. Bu səbəbdən sakinlər çölə çıxa bilmirlər. Çıxarkən isə özləri ilə fənər götürürməli olurlar. 10 ildən çoxdur ki, işıq sistemimiz yoxdur. İşıqlandırma yalnız Göyşaban dəmir yoluna kimi var. Xahiş edirik, aidiyyəti qurumlar bunları nəzərə alıb, bizi işıqlandırma ilə təmin etsinlər”.