Lənkəran rayonunun Liman şəhərində abadlıq işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, payız-qış mövsümünün gəlişi ilə bağlı bütün rayon ərazisində iməcilik keçirilib. Liman şəhərində aparılan abadlıq nəticəsində ərazilər kol-kosdan təmizlənib, yolboyu divarlar rənglənib. Şəhər ərazisində cari ildə Şəhid Teymur Gənciyev küçəsinə 1500 kv.m əraziyə yeni asfalt örtüyü döşənib, Şirinsu qəsəbəsinin bütün küçələri, habelə Limanda 2 küçə hamarlanıb. Bundan başqa, şəhər ərazidindəki 2 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilib.
Hazırda şəhər ərazisində səkilərə tametlər düzülür, yolboyu bordürlər yenilənir.