top
Lerikli oğlan yorğan-döşəyə görə ARVADINI DÖYDÜ
11 yanvar 2025, 02:34
- ↺ +

Lerikli oğlan yorğan-döşəyə görə ARVADINI DÖYDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda arvadını döyən kişi tutulub.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Sahib Əfəndiyev (ad şərtidir) 1990-cı ildə Lerik rayonunda anadan olub. O, Bakı şəhərində yerləşən evdə həyat yoldaşı Telli Əfəndiyeva (ad şərtidir) və övladları ilə birlikdə yaşayır. Hadisə günü Telli ilə Sahib arasında mübahisə yaranıb. Mübahisə səbəb qadının evi və yorğanları yığışdırarkən səliqəsiz davranması olub. Əri isə mübahisə zamanı ona aqressiv formada təhqiramiz cavab verdiyi, evin qapısından çıxmaq istəyərkən yenidən “it“ deyib təhqir etdiyi üçün həyat yoldaşından qisas almaq qərarına gəlib. Buna görə o, Tellinin baş, boyun, üz və qarın nahiyələrinə çoxsayılı zərbələr endirib.

Sahib Əfəndiyev Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sahib Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib:

“Həyat yoldaşım və övladlarımla birgə yaşayıram. Hadisə zamanı uşaqlar atamgildə idilər. Telli ilə sözümüz çəp gəldi, üzünə sillə vurdum. Anam bizə gəldiyi üçün çölə çıxdım. Hadisədən yarım saat sonra yemək yeyirdik. Yenə aramızda sözlü mübahisə yarandı. Həmin vaxt yoldaşımı vurmaq fikri yox idi, ehtiyatsızlıqdan təpik atdım və ona dəydi. Aramızdakı mübahisə təxminən bir dəqiqə çəkdi. Mübahisəni yaradan da Telli oldu. Səbəbi mənə kobud cavab verərək “it” deməsi idi. Səhəri gün Telli vurduğum yerin ağrıdığını dedi və həkimə getdik. Onu əməliyyat etdilər. İndi yoldaşımla barışmışıq. Əməlimdən peşmanam”.

Sahib Əfəndiyevin ibtidai istintaqdakı ifadəsi elan edilib. O, ifadəsində qeyd edib ki, evdə yorğan-döşəyi yerbəyer etməyə başlayan arvadına daha səliqəli olmaqla bağlı irad bildirib:

“Bunun üstündə mübahisəmiz yarandı. Telliyə sillə vurub, evdən çıxmaq istəyəndə arxamca təhqiramiz sözlər dedi. Əsəbiləşib onu təpikləməyə başladım”.

Daha sonra məhkəmə zalında zərərçəkmiş Telli Əfəndiyeva ifadə verib:

“12 ildir ki, Sahiblə evliyik. Uşaqları yatızdırdıqdan sonra yorğan-döşək üstündə həyat yoldaşımla aramızda söz-söhbət oldu. Daha əvvəl də mübahisələrimiz olub amma məni vurmayıb. O, yorğan-döşəyi səliqə ilə düzməyimi istədi, mən də aqressiv cavab verdim. Sahib sillə vurdu, qapıdan çıxanda ona “it” dedim. O da əsəbiləşib məni təpikləməyə başladı. Hazırda həyat yoldaşımla barışmışam və onun azadlığa buraxılmasını istəyirəm”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sahib Əfəndiyev 3 il müddətində azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər