top
Lerikli müəllim: “Dərsə gəmi ilə gedib-gəlmək maraqlıdır”
02 dekabr 2024, 03:13
- ↺ +

Lerikli müəllim: “Dərsə gəmi ilə gedib-gəlmək maraqlıdır”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AzEdu.az lerikli Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar Zamanlıdan müsahibə alıb.

O, Xəzər dənizində yerləşən Çilov adasında 131 saylı tam orta məktəbdə fəaliyyət göstərir. Həmin məktəbə getmək üçün gəmidən istifadə edir.

 Müsahibəni təqdim edirik:

 -Etibar müəllim, özünüz və təhsiliniz haqqında daha ətraflı məlumat verməyinizi istəyərdik.

 - Mən, Etibar Elman oğlu Zamanlı 1993-cü ildə Lerik rayonu Biləvər kəndində anadan olmuşam. Həmin kənddə 2010-cu ildə orta məktəbi bitirmişəm. Daha sonra 2011-2013-cü illərdə hərbi xidmətə yollandım. Təhsilimi davam etdirmək məqsədilə 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialına daxil olmuşam və 2017-ci ildə bitirmişəm. Həmin il müəllimlərin işə qəbulu imtahanında uğurlu nəticə əldə edərək Saatlı rayon Xanlar kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başladım.

 -Bu məktəbdə neçə il işləmisiniz?

 -Həmin məktəbdə 2 il fəaliyyət göstərdim. Lakin yerdəyişmə etdikdən sonra Lerik rayon Biləvər kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi təyin olundum.

 -Nə üçün yerdəyişmə etmək istədiniz?

 -Buna səbəb ailə vəziyyətim idi. Ona görə də yerdəyişmə vasitəsilə doğulub boya-başa çatdığım Lerik rayon Biləvər kənd orta məktəbində işləmək qərarına gəldim.

Burada da 5 il fəaliyyət göstərmişəm. Belə ki, 2 il müəllim, 3 il isə təlim-tərbiyə üzrə direktor müavini olaraq işləmişəm. Bu ilin sentyabrın 16-dan etibarən 131 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətimi davam etdirirəm.

 -Etibar müəllim, qeyd etdiniz ki, müxtəlif vaxtlarda və bölgələrimizdə peşənizə uyğun çalışmısınız. Bəs bilmək olarmı ki, niyə məhz adadakı məktəbdə dərs demək qənaətinə gəldiniz?

 -Doğulub boya-başa çatdığım Lerik rayonu dağlar qoynunda yerləşir. Yəni özünəməxsus təbiət mənzərəsinə malikdir. Düşünürəm ki, insan yeni yerlər görməli və kəşf etməlidir. Dərsə gəmi ilə gedib-gəlmək insana maraqlı gəlir. Həmçinin, onu da qeyd edim ki, buraya gəlməmişdən əvvəl məktəblə bağlı yutubda videolara baxmışdım.

 -Deməli burada fəaliyyət göstərməmişdən əvvəl məktəblə bağlı araşdırmalar etmişdiniz?

 -Bəli. Müəllimlərin işə qəbulu imtahanında iştirak etdikdən sonra vakansiya seçimi mərhələsində getmək istədiyim ərazilər barəsində məlumat toplamağa çalışdım. Elə mənim diqqətimi cəlb edən bu məktəb oldu.

 -Bəs MİQ-dən neçə bal toplamışdınız?

 -Müəllimlərin işə qəbulu imtahanında 81.125 bal toplamışdım.

 -Etibar müəllim, Adadakı məktəblə bağlı nə qeyd etmək istərdiniz? Sizə görə digər məktəblərdən fərqi nədir?

-131 nömrəli məktəb, düşünürəm ki, çox gözəl kollektivə malikdir. Başda Rəfael müəllim olmaqla müəllimləri çox səmimi insanlardır. Ona görə də, bu məktəbə uyğunlaşmaqda heç bir çətinliklə qarşılaşmadım. Hazırda 62 şagird var və onlar neft işçilərinin övladlarıdır. Şagird kontingentinin az olmasına baxmayaraq, məktəbin ümumi nəticəsi ürəkaçandır. Hətta bu məktəbin məzunu olan tələbələr xaricdə təhsil alırlar.

 Müəllimin peşəsi bilik verməkdən əlavə müasir cəmiyyətə uyğun gəncləri yetişdirməkdir. İstər digər bölgələr, istərsə də Adadakı məktəb olsun, bizim missiyamız ancaq gələcək üçün sağlam nəsillər yetişdirməkdir.

 -Necə oldu ki, mühitə tez alışdınız?

 -Buna səbəb həm 7 illik pedaqoji fəaliyyətlə məşğul olmağım, həm də düşdüyüm mühitə daha tez uyğunlaşan biri olmağımdır. Eyni zamanda pedaqoji kollektivin səmimiyyəti nəticəsində daha da tez alışmağa başladım. Onlar məni darıxmağa qoymur.

 -Küləkli hava şəraiti ilə əlaqədar dərslərinizin təxirə düşdüyü olubmu?

 -Xeyr. Biz məktəbə 1-2 gün əvvəldən gəlirik. Məsələn, 1-ci gün dərs varsa, bazar günü dərsə gəlirik. Hava şəraitinin pis olduğunu gördükdə isə məktəbin yataqxanasında qalmalı oluruq. 

 -Bəs dənizlə bağlı hansısa çətinliklə qarşılaşmısınızmı?

 -Xeyr. Çətinliklə qarşılaşmamışam.

 -Lap yaxşı. Ümid edirəm bundan sonra da sizin üçün belə olar. Etibar müəllim, həftədə dərsiniz neçə dəfədir?

 -Həftədə 4 gün dərsim olur.

 -Bakıda tək yaşayırsınız, yoxsa ailənizlə birgə?

 -Bəli, tək qalıram. Ailə üzvlərim rayondadır. Lakin istəyirəm ki, onlarla burada birgə yaşayım. Düzünü desəm, mənə ən çox çətinlik övladlarımın yanımda olmamasıdır. Lakin bu, müvəqqəti narahatlıqdır. Düşünürəm ki, növbəti illərdə ailəmi Bakıya gətirə biləcəm.

 -Gələcəklə bağlı hansı hədəfləriniz var?

 -Elə bu məktəbdə də çalışmağa davam etməyi planlaşdırıram. Bundan əlavə, gələcəkdə magistratura üzrə təhsil almağı düşünürəm.

 -Etibar müəllim, fənninizi şagirdlərinizə necə sevdirirsiniz? Onlarla necə dialoq qurursunuz?

-İlk növbədə şagird müəllimi sevməlidir ki, fənnini də sevə bilsin. Bu yolda çalışıram ki, şagirdlərin sevgisini qazanım. Dərsdən sonra uşaqlarla voleybol, basketbol və futbol oynayırıq. Onlarla bir növ vaxtımı səmərəli keçirməyə çalışıram.

 -Uzun müddətdir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz. Bu günə qədər olubmu ki, dərsliklərə salınan mövzu sizi qane etməyib?

 -Azərbaycan dili fənnində daha çox yuxarı sinif dərsliklərində dil qaydalarının azaldılması problemi var. Belə baxanda ümumi olaraq böyük bir problem yoxdur. Düşünürəm ki, Azərbaycan dilinin qrammatik qaydaları azaldılmamalıdır. Sovet kitablarında, əsasən, qrammatik qaydalar çoxluq təşkil edirdi.

 Həmin kitablar universitetlərə tam hazırlaşmaq mümkün idi. Amma indi əlavə dərs vəsaitləri olmasa, təəssüf ki, ali məktəbə qəbul olmaq mümkün deyil. Lakin dərsliklərimiz təkmilləşərək yenilənir. Bu da öz növbəsində yaranan problemlərin aradan qaldırılmasına kömək olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər