top
Lerikli həkim-uroloq: “Bizim zonada müraciət edənlərin əksəriyyəti böyrək daşı xəstələridir” – ÖZƏL MÜSAHİBƏ
18 fevral 2025, 05:32
- ↺ +

Lerikli həkim-uroloq: “Bizim zonada müraciət edənlərin əksəriyyəti böyrək daşı xəstələridir” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi həkim-uroloq Azər Tağıyevdir.

Müsahibəni təqdim edirik:

- Azər bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1984-cü ildə Lerik rayonunda doğulmuşam. 2001-ci ildə Azərbaycan Tibb Universitetin müalicə işi fakültəsinə qəbul olmuşam. 2007-ci ildə universiteti bitirib, Rusiyanın Moskva şəhərində urologiya ixtisası üzrə ordinatura təhsili almışam. 2010-cu ildən Lənkəran şəhərində həkim-uroloq kimi çalışıram.

- Uroloq olmağa necə qərar verdiniz? 

- 5-ci kursda oxuyarkən uroloji xəstəliklərlə tanış olduq. Həmin vaxtdan uroloq olmaq həvəsi yarandı.

- Urologiyanın müalicə metodları haqqında nə deyə bilərsiniz?

- Tibbin bütün sahələri kimi urologiya da daima inkişaf edir. Yeni dərman vasitələrinin, müasir müalicə metodlarının tətbiqi xəstələrin daha tez sağlam həyata qovuşmalarına zəmin yaradır.

- Müalicə zamanı hansı texnikalardan istifadə edirsiniz? Hər hansı bir xüsusi metodunuz varmı?

- Müasir urologiyada lazer, endoskopik əməliyyatlardan daha çox istifadə edirik. Bu növ əməliyyatlar xəstələrin daha tez sağalmasına, əməliyyatların qansız və kəsiksiz aparılmasına kömək edir. Endoskopik aparatların urologiyada istifadəsindən sonra açıq kəsiklə aparılan əməliyyatların sayı kəskin azalıb.

- Uroloji xəstəliklərin müalicəsi ilə bağlı ümumi yanlış anlayışlar varmı? İnsanlar nə vaxt uroloqa müraciət etməlidir?

-  Böyrək sancısı zamanı xəstələrə çoxlu maye qəbul etdirmək, temperaturu olan xəstəyə antibiotik təyin etmək və damardaxili infuziyalardan istifadə qəti qadağandır.

- Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz xəstəliklər hansılardır?

- Biz cənub zonası olaraq böyrək daşı xəstəliklərinin endemik zonasında yaşayırıq. Buna görə də müraciət edən xəstələrin əksəriyyəti böyrək daşı xəstələridir.

- Bu sahənin nə kimi problemləri var?

- Bütün sahələrdə olduğu kimi qeyri-profil həkimlərin xəstələrə yuxarıda qeyd etdiyim məsləhətləri verib, ciddi ağırlaşmalara səbəb olmalarıdır.

- Son zamanlar hansı uroloji problemlər yayılıb?

- Qış fəsli olduğuna görə hazırda soyuqlarla əlaqəli iltihabi xəstəliklər çoxalıb. Yaşlı xəstələrdə prostat adenomalarının fəsadları artıb.

- Uroloji problemlərə daha çox qadınlar, yoxsa kişilər arasında rast gəlinir?

- Ümumi statistikaya nəzər yetirəndə kişilərdə daş xəstəlikləri qadınlara nisbətdə çoxdur.

- Uroloji problemlərə uşaqlar arasında da rast gəlinirmi?

- Əlbəttə, uşaqlarda uroloji xəstəliklərə anadangəlmə və qazanılmış olduğuna görə daha çox rast gəlinir. Uşaqlar şikayətlərini düzgün deyə bilmədiklərinə görə daha gec həkimə müraciət edirlər.

Valideynlərdən xahişim budur ki, 18 yaşına qədər uşaqlar ağrıdan şikayət edirlərsə, 3 saatdan gec olmayaraq onları həkimə göstərsinlər. Bizə vaxtında müraciət edən hələ olmayıb.

- Deyilənə görə, prostat vəzi xərçəngi son illər daha çox yayılıb. Bu, doğrudurmu? Bu xəstəliyi hansı əlamətlərdən təyin etmək olar?

- Xərçəng vaxtında aşkar edilərsə, sağalan xəstəlikdir. TƏBİB-in nəzdində olan bütün xəstəxanalarda prostat xərçənginin ilkin diaqnostik göstəricisi olan PSA analizini tam sığorta ilə vermək olar. 55 yaşından yuxarı kişilər hər 6 aydan bir bu analizi versə, prostat xərçəngin vaxtında aşkar etmək olar. Vaxtında aşkar olunan prostat xərçəngi tam sağalan bir xəstəlikdir.

- Bəs qadınlar arasında hansı uroloji problemlərlə bağlı müraciətlər var?

- Qadınlar arasında uroloji xəstəliklərdən böyrəyin iltihabi xəstəliklərinə, pielonefritə kişilərə nisbətən daha çox rast gəlinir. Pielonefrit vaxtında düzgün müalicə olunmadıqda xroniki pielonefritə, böyrək büzüşməsinə və dializə gətirib çıxara bilər.

- Qadınlarda sistitə daha çox hansı yaş aralığında rast gəlinir?

- Qadınlarda sistitə əvvəllər 18-30 yaşlarında rast gəlinirdisə, indi daha erkən yaşlarda sistitin ən ağır hemorafik qanlı formalarına rast gəlirəm. Sistitin müalicəsi antibiotiklərin böyük dozası yox, düzgün profilaktika tədbirlərinin aparılmasıdır.

- Xərçəng diaqnozu qoyulan uşaq və gənc xəstələriniz olubmu?

- 10 il bundan əvvəl 22 yaşlı xəstəm vardır. Böyrəyindən daş düşürdü, daşa görə xəstəni əməliyyata götürmüşdüm. Endoskopik yolla böyrəyə daxil olmaq üçün sidik kisəsindən keçməlisən. Sidik kisəsində çox kiçik ölçülü xərçəng prosesini aşkarladım. O xəstədən daş düşməsəydi, xərçəng prosesi vaxtında aşkarlanmasaydı, çox pis olardı. O xəstə həmən vaxt xərçəngə görə də əməliyyat olundu, indi dostlarımın arasındadır. Heç bir problemi yoxdur.

- Faiz etibarilə kişi, yoxsa qadın sonsuzluqları çoxdur?

- Biz daha çox kişilərlə çalışdığımıza görə əksərən kişi sonsuzluğuna rast gəlirik. Uşaqların sağlam olması üçün 2 yaşına qədər həkim müayinəsindən keçirilməlidir. Uşaqlarda olan problemlər vaxtında həll edilsə, gələcəkdə sonsuzluq problemlərinə rast gəlinməz.

Nəzrin Vahid

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Oxşar xəbərlər