Fevralın 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən xəbərə görə, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Astarada 32, Lənkəranda 17, Biləsuvarda 12 mm-dək qeydə alınıb.
Dağlıq rayonlara qar yağır, yağan qarın hündürlüyü Lerikdə 50, Yardımlıda 25 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.