Lerik rayonunun Tikəband kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 70 kv.m sahədə, dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə və damına yığılan 5 ton ot bağlamaları yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.