top
Lerik icra başçısının müavini intihar edən işçidən DANIŞDI - YENİLƏNİB
07 dekabr 2024, 01:25
- ↺ +

Lerik icra başçısının müavini intihar edən işçidən DANIŞDI - YENİLƏNİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lerik Rayon İcra Başçısının Kirəvud kəndi üzrə ərazi icra nümayəndəsi Əliyev Şəfiq Şaiq oğlu dünyasını dəyişib. Onun intihar etdiyi deyilir. Lakin Şəfiq Əliyevin hansı səbəbdən bu addımı atması hələlik məlum deyil. Vəzifəli şəxsin meyiti yaxınları tərəfindən tapılıb. Lerik Rayon İcra Hakimiyyəti hadisəni təsdiq edib. Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Modern.az hadisənin detallarını öyrənmək üçün Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov açıqlamasında intihar edən icra nümayəndəsi ilə bağlı bunları deyib:

"Çox savadlı, ədəbli-ərkanlı, mədəni işçi idi. Eyni zamanda onun çox gözəl gənc ailəsi vardı. Onun digər işçilərlə, əməkdaşlarımızla problemi olmayıb. İntihar etməsinin səbəbini bilmirik. Bu, hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olacaq. Heç ailəsi də nə üçün intihar etdiyini bilmir. Narahatçılıq heç vaxt sezməmişik. Onun iş yeri kəndə yaxındır. Evə gedib, sonra qayıtmayıb". 

Qeyd edək ki, mərhum Şəfiq Əliyev ailəli olub, 1 uşağı var.

***

Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Cenublu.az xəbər verir ki, 30 yaşlı Şəfiq Əliyev günorta 13:00 radələrində işdə, ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxdığını bildirib.

Bundan sonra onun telefonuna zəng çatmayıb. Axşam saat 19:00 radələrində, yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbirstanlığının qapısında aşkarlanıb.

Ş.Əliyevin axtarışında olan yaxınları, qəbirstanlığı axtarmağa başlayıblar. Axtarışlar nəticəsində onun meyiti qəbirstanlığın içində ağacdan asılı vəziyyətdə tapılıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

***
Lerikdə 30 yaşlı kişinin meyiti aşkar edilib.

Cenublu.az - ın məlumatına görə, Kiravud kənd ərazi icra nümayəndəsi, 30 yaşlı Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.

Hadisə Lerik RİH tərəfindən təsdiqlənib. Lakin Ş.Əliyevin ölüm səbəbləri hələlik məlum deyil.

Hazırda rayon hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Əliyev işində nümunəvi, məsuliyyətli və gözəl xasiyyətli biri olub.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər