top
Lerik və Astarada məktəblərin tikintisi ilə məşğul olan şirkət rəhbəri məhkəmədə bəraət alıb
28 avqust 2023, 05:22
- ↺ +

Lerik və Astarada məktəblərin tikintisi ilə məşğul olan şirkət rəhbəri məhkəmədə bəraət alıb

Lerik və Astarada modul tipli məktəblərin tikintisi ilə məşğul olan şirkət rəhbərinin məhkəməsi başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 avqust tarixində Qafqazinfo-ya istinadən verir.

Lerik Rayon Məhkəməsində keçirilən prosesdə “Vüqar 1970” MMC-nin rəhbəri Vüqar Zeynalov Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, “Modenco” MMC Təhsil Nazirliyinin sifarişi ilə Astaranın Şəvqo, Xiçəsu və Lerik rayonunun Loda kəndində tikilən modul tipli məktəblərin inşasına V.Zeynalovun şirkətini cəlb edib. Lakin sonradan tərəflər arasında mübahisəli vəziyyət yaranıb və V.Zeynalova ödəniş tam edilməyib. Bundan sonra “Modenco” MMC qüsur aktı tərtib edərək ödənişlərin edilməməsini əsaslandırıb.

Hadisə isə “Modenco” MMC-nin hüquqşünası Ənvər Aslanovun bir qrup şəxslə Lerikin Loda kəndinə gedərək məktəbin açılışını etmək istəyərkən baş verib. Bu zaman kəndə dəvət etdiyi jurnalistlə birgə oraya gələn Vüqar Zeynalov ödənişin (74 min manat) tam edilməməsinə görə məktəbin qapısının açılmasına icazə verməyəcəyini bildirib və dava-dalaş düşüb. Onlar məktəbin qapısını sındıraraq içəri daxil olmağa çalışıblar. Bundan sonra hüquqşünas polisə müraciət edib və iş adamı barədə cinayət işi açılıb.

Lerik Rayon Məhkəməsi V.Zeynalovun əməlində cinayət tərkibinin olmamasını bildirərək ona bəraət verib.

Qeyd edək ki, Lerikin ucqar kəndlərindən olan Lodada inşa edilən modul tipli məktəbdə 9 şagird təhsil alır.

Son xəbərlər

Kriminal
Bu gün, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Bu gün, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Bu gün, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Bu gün, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Bu gün, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Oxşar xəbərlər