Lənkəranda avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada ölüb.
Cenublu.az xəbər verir ki, hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunun Darquba kəndindən keçən hissəsində baş verib.
Belə ki, C. Quluzadənin idarə etdiyi VAZ-21011 markalı avtomobil yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Əlövsət Səlahəddin oğlu Yusubzadəni vurub.
Müxtəlif bədən xəsarətləri alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin reanimasiya tədbirlərinə baxmayaraq, noyabrın 27-də saat 13:10-da onun öldüyü qeydə alınıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisədən sonra sürücü hadisə yerindən yayınsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.