top
Tahir Abdullayev: Messinin azarkeşiyəm, amma Sabahı dəstəkləyərdim
Bu gün, 17:00
- ↺ +

Tahir Abdullayev: "Messinin azarkeşiyəm, amma "Sabah"ı dəstəkləyərdim"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallıdan olan UFC döyüşçüsü Tahir Abdullayev bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda "Barselona"nı qəbul edəcək "Sabah"a azarkeşlik edəcəyini bildirib.

İdmançı bu gün Bakıda təşkil olunan onlayn videokonfrans zamanı fikirlərini bölüşüb.

O, "Barselona"ya simpatiyasının olduğunu, bunun əsas səbəbinin isə Lionel Messi olduğunu deyib:

"Əlbəttə, "Barselona"nın oyunlarını izləmişəm. Bu komandaya azarkeşlik etmişəm. Çünki orada Messi oynayırdı. Mən Messinin böyük azarkeşiyəm. Amma Azərbaycanda olsaydım, "Sabah"a dəstək verərdim. Həmvətənlərimin yanında olardım, istər stadionda, istərsə də evdə oyunu izləyərək komandamıza azarkeşlik edərdim. Messi və ya "Barselona"dan əvvəl öz millətimi və dövlətimi seçərdim".

T.Abdullayev gənclərə də çağırış edib:

"Orada çoxlu gənclər var. Onlara demək istəyirəm ki, öz millətinizə dəstək olmaq "Barselona"ya azarkeşlik etməkdən daha vacibdir".

Döyüşçü videokonfrans zamanı UFC-dəki müqaviləsinin maliyyə şərtləri ilə bağlı sualı da cavablandırıb.

O, qazancından 20 faiz tutulmasının motivasiyasına və döyüşlərə hazırlığına mənfi təsir göstərmədiyini bildirib. Abdullayevin sözlərinə görə, maliyyə məsələləri idmanda hər zaman müəyyən problemlər yarada bilər, lakin 20 faizlik azalma onun üçün ciddi narahatlıq doğurmur. O, bu məbləğin sponsorlar və ya şirkətlər tərəfindən kompensasiya edilə biləcəyini də qeyd edib.

T.Abdullayev hazırkı müqaviləsinin şərtlərinə əsasən daha iki döyüş keçirməli olduğunu bildirib. Onun sözlərinə görə, əsas məsələ 20 faizlik tutulma deyil, bu iki qarşılaşmadan sonra müqavilə şərtlərinin dəyişdirilməsidir.

Döyüşçü daha yüksək çəki limitinə keçidlə əlaqədar maliyyə şərtlərinin də yenidən nəzərdən keçirilməsini istədiyini vurğulayıb. O, UFC rəhbərliyinin növbəti döyüşündən sonra müqaviləni yeniləməyi və daha yaxşı maliyyə şərtləri təklif etməyi planlaşdırdığına ümid etdiyini söyləyib.

Xatırladaq ki, Tahir Abdullayev Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində avstraliyalı Ceyk Metyuzu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.

O, UFC-də debütünü cari ilin iyununda Bakıda keçirilən turnirdə gerçəkləşdirib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.

Mənbə: idman.biz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:15

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 15:30

Salyanlı məktəbli "Əlaçı"da ikinci dəfə qalib oldu

Bütün xəbərlər
Bu gün, 14:50

Lerikli Vətən müharibəsi iştirakçısı məktəb direktoru oldu

Faydalı
Bu gün, 14:15

Lənkəranda qadın əvvəl beyin, sonra kəllə əməliyyatı keçirdi

Kriminal
Bu gün, 13:40

Xəstəxanada dava saldığına görə 1000 manat cərimələndi

Siyasət
Bu gün, 13:06

Azərbaycanda "Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi" yaradılır

Bütün xəbərlər
Bu gün, 12:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:57

Masallıda arvadı "içmə" dedi, onu yumruqladı

Bütün xəbərlər
Bu gün, 11:14

İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bütün xəbərlər
Bu gün, 10:35

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 10:00

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Bütün xəbərlər
Bu gün, 09:19

Lənkəranlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

25 noyabr - Kəlbəcərin erməni işğalından azad edildiyi gündür

Faydalı
Dünən, 17:39

"Babam çempion olmağımı arzulayırdı, görə bilmədi" - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:33

FHN güclü küləklə əlaqədar əhaliyə çağırış edib

Bütün xəbərlər
Dünən, 16:00

Salyanda balıq tutan lənkəranlını elektrik cərəyanı vurub

Bütün xəbərlər
Dünən, 15:15

Əfqanıstan vətəndaşlarına hökm oxundu

Bütün xəbərlər
Dünən, 14:37

Cəlilabadda iki VAZ toqquşdu: yaralılar var

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 13:15

Azərbaycana turist axını 4 %-dən çox azalıb

İqtisadiyyat
Dünən, 12:30

Sabah Azərbaycanda bütün sosial ödənişlər yekunlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 11:50

İmişlidə şəhid ailələrinin yaşadığı küçələrin təmirinə 550 min manat ayrılıb

Bütün xəbərlər
Dünən, 11:20

Salyanda satışda təhlükəli pestisidlər aşkarlanıb

Oxşar xəbərlər