Bu gün Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Babək Süleyman oğlu Mahmudovun doğum günüdür.
Babək Mahmudov 1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində dünyaya göz açıb. Əslən Lerik rayonunun Lələhiran kəndindəndir.
Vətən müharibəsi zamanı Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanıb. Cəsur döyüşçü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgərini "İstiqlal"ı ilə məhv edib.
O, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. 2020-ci il noyabrın 1-də Biləsuvar şəhərində torpağa tapşırılıb.
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.