Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
"Mercedes" markalı yük avtomobillərinin iştirakı ilə baş verən qəzada Saatlı rayonu sakini, 1993-cü il təvəllüdlü Rəmzi Savet oğlu Əliyev həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər xüsusi vasitələrin köməyi ilə mərhumun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: oxu.аz