Bu gün Vətən müharibəsi şəhidimiz – Vüqar Sarıyevin anadan olduğu tarixdir.
Vüqar Fikrət oğlu Sarıyev 1990-cı il noyabrın 26-da Biləsuvar rayonunun Amankənd kəndində anadan olub.
O, Vətən müharibəsində iştirak edib, Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşub və Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Vüqar Sarıyev Biləsuvar rayonu Amankənd kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.