Bu gün şəhidimiz – Elşad Cəfərovun doğum günüdür.
Elşad Malik oğlu Cəfərov 1999-cu il noyabr ayının 27-də Sabirabad rayonu Qalağayın kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşad Cəfərov 44 günlük Vətən Müharibəsində iştirak edib və "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Elşad Cəfərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
"Vətən uğrunda" medalı və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.