Noyabrın 25-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə qar yağır.
Belə ki, Salyan, Neftçala, Lerik, Sabirabad və İmişlidə yağış yağır.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 24, Lerikdə isə 18 m/s-dək güclənir.