Lənkəranda 73 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Hadisə rayonun kəndlərindən birində baş verib.
1953-cü il təvəllüdlü Tahir birgə yaşadığı evdə arvadı Səmayə ilə mübahisə edib.
İstintaq materiallarına görə, mübahisə zamanı Tahir həyat yoldaşına bir neçə dəfə yumruqla zərbə endirərək xəsarət yetirib.
Tahir barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma ittihamı irəli sürülüb.
Məhkəmədə ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam ödədiyini bildirib.
Zərərçəkmiş Səmayə də əri ilə barışdığını, Tahirə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Tahir cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Qeyd edək ki, adlar şərtidir.
Mənbə: demokrat.аz