Bu gün Vətən müharibəsi şəhidimiz – Tacəddin Abışovun ad günüdür.
Tacəddin Elşən oğlu Abışov 2001-ci il noyabrın 27-də İmişli şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abışov Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 9-da şəhid olub.
"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.