Lənkəran Dövlət Universitetinin (LDU) 1-ci korpusu ilə bağlı şikayət var.
Cenublu.az-ın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, universitet tələbəsi gigiyena normalarına əməl edilməməsindən narazılığını bildirir.
Onun sözlərinə görə, ayaqyolu yeməkxananın yaxınlığındadır, lakin qapısı bağlanmır. Nəticədə ətrafa üfunət yayılır:
“Əl yumaq üçün su kranları pis vəziyyətdədir və təmizlik vasitələri (maye sabun və s.) yoxdur. Sifon belə yoxdur. Xahiş edirəm, bununla bağlı tədbir görülsün!”