Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qızılağac Milli Parkında keçirilən Flaminqo festivalı çərçivəsində ekoviktorina baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 noyabr tarixində verir.
10-dan artıq komandanın iştirak etdiyi ekoviktorinada Lənkəran Dövlət Universitetinin tələbələrindən ibarət “Ağgöl Milli Parkı” adlı komanda hər 3 turda yüksək nəticə əldə edərək I yeri qazanıb. Onlara hədiyyə və təşəkkürnamə təqdim olunub.