Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə bu iki ali təhsil ocağı arasında qarşılıqlı əməkdaşlığın yaranması, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, ikili diplom layihələri ilə bağlı işlərin başlanması, birgə elmi tədbirlərin keçirilməsi və s. mövzular müzakirə edilib, xatirə hədiyyələri təqdim olunub.