Lənkəran Dövlət Universitetinin Elm və tədqiqat işləri şöbəsinin müdiri, Coğrafiya və onun tədrisi metodikası kafedrasının müəllimi Ülkər Allahyar qızı Babayeva alimlik dərəcəsi alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində verir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 15.11.2023 tarixli qərarı ilə ona “Lənkəran fiziki-coğrafi vilayətində təbiətdən istifadənin yaratdığı ekoloji-coğrafi problemlər və onların həlli yolları” mövzusunda “2508.01 - Geoekologiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.