Lənkəran Dövlət Universitetinin iki tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 dekabr tarixində verir.
Belə ki, Riyaziyyat-informatika müəllimliyi fakültəsinin II kurs tələbəsi Nuranə Novruzlu və Kimya-biologiya müəllimliyi fakültəsinin III kurs tələbəsi Elmira Rüstəmova təqaüdə layiq görülüblər.