Lənkəran Dövlət Universiteti oğlan tələbələr üçün nəzərdə tutulmuş yataqxana binasını istifadəyə verəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 sentyabr tarixində verir.
Belə ki, beşmərtəbəli müasir tələblərə cavab verən yeni 250 yerlik yataqxana binasında otaqlar iki nəfərlikdir.
Qeyd edək ki, yataqxana 2 saylı tədris korpusunun ərazisində yerləşir.