Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkəran Dövlət Universitetini (LDU) ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində verir.
LDU-nun rektoru, professor Natiq İbrahimov səfiri qəbul edərək, universitet barədə ətraflı məlumat verib. Görüş çərçivəsində Meksikadakı universitetlərlə əməkdaşlığın qurulması, ikitərəfli elmi tədqiqatların aparılması, tələbə təqaüd proqramları ətrafında muzakirələr aparılıb.
Daha sonsa universitetin Elmi kitabxanasının akt zalında səfir və onu müşayiət edən nümayəndə heyəti ilə universitetin professor-müəllim-tələbə heyətinin görüşü olub. Burada səfir LDU-da gördüklərindən məmnun qaldığını, Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib.
Qeyd edək ki, LDU-nun akt zalında Meksikanın nadir tarixi-memarlıq irsini təqdim edən "Meksikanın tarixi və memarlıq irsi" adlı maraqlı fotosərgi açılıb.