Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTİ) müdiri Bəhruz Mehdiyev Astara rayonunda vətəndaş qəbulu keçirəcək.
Cenublu.az xəbər verir ki, görüş dekabrın 10-u saat 10:00-da M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə baş tutacaq.
Qəbula yazılmaq üçün rayon üzrə təhsil sektoruna yaxınlaşaraq qeydiyyatdan keçmək lazımdır.