top
Lənkəranlı yazar: “Ədəbiyyatımızı hələ dünyaya tanıda bilməmişik” – ÖZƏL MÜSAHİBƏ
18 dekabr 2024, 05:45
- ↺ +

Lənkəranlı yazar: “Ədəbiyyatımızı hələ dünyaya tanıda bilməmişik” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi yazar Ağamir Cavadovdur.

Müsahibəni təqdim edirik:

- Ağamir müəllim, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

-  1963-cü il, fevral ayının 5-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşam. Lənkəran Dövlət Universitetinin humanitar elmlər fakültəsini qiyabi bitirib, əmək fəaliyyətinə sovxoz təsərrüfatında fəhləliklə başlamışam. Daha sonra sovxozda hesabdar, universitetdə oxuduğum illərdə pedaqoji fəaliyyətlə yanaşı “Cənub” Televiziya şirkətində redaktor işləmişəm. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsində ədəbi məsləhətçi işləyirəm. Eyni zamanda AMEA Lənkəran Regional Elm Mərkəzinin əməkdaşıyam.

- Şeir yazmağa başladığınız ilk illərlə indiki dövrünüzdəki yanaşmalarınızda fərqlər varmı?

-  Orta məktəbdə oxuduğum illərdə şeir yazmağa başladım. İnsan daim inkişaf edir. Dünən yazdığımızı bu gün çox vaxt qəbul etmirik. Həyata, dünyaya baxış dəyişdikcə, bu, yaradıcılıqda da özünü göstərir.

- Əvvəlki illərə qayıdaq. Yaradıcılığınıza necə başladınız və bu sahəyə olan marağınızın qaynağı nədir?

-  Atam və qohumların bir çoxu mütaliəni sevən insanlar idi. Mən də ilk məktəb illərindən kitablar aləminə düşdüm. Gündəlik mütaliə mənim üçün sanki iş rejiminə çevrildi. Bu rejim bu gün də davam edir.  Mənə yaradıcılıq stimulu verən də atam və bir də kitablar olub.

-  Şeir və ədəbiyyat bu gün hansı vəziyyətdədir? Fikrinizcə, bu sahədə hansı dəyişikliklər baş verməlidir?

- Ədəbiyyat cəmiyyətin güzgüsüdür. Ədəbiyyatın inkişafı üçün cəmiyyətin mədəni və iqtisadi səviyyəsi çox yüksək olmalıdır. Bu gün mətbuatın, yazarların sayının çoxluğu dövründə zəif əsərlərlə yanaşı çox güclü əsərlər də yazılır. Bu, tarixən belə olub. Mən Azərbaycan ədəbiyyatından razıyam. Biz öz ədəbiyyatımızı hələ dünyaya lazımi şəkildə tanıda bilməmişik. Bu gün bizdə kitabın ideoloji təbliğinə və kitab ticarətinin inkişaf etdirilməsinə böyük ehtiyac var.

- Hər hansı bir yeni kitab, layihə üzərində çalışırsınızsa, bu barədə bizi məlumatlandıra bilərsiniz? Neçə kitabınız var?

- İndiyə kimi səkkiz kitabım işıq üzü görüb. Onların 7-si şeirlər və poemalar, biri isə publisistik kitabdır. “Füzuli”  pyesim Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub. Bir neçə şeir kitabım da çapa hazır vəziyyətdədir. Yaxın vaxtlarda elmi məqalələrdən və esselərdən ibarət kitabımı çap etdirmək fikrindəyəm.

-  Yaradıcılığınızda hansı mövzulara daha çox diqqət yetirirsiniz?

-  Yaradıcılığımda ictimai, mənəvi-psixoloji, məhəbbət mövzularına daha çox yer ayırıram. Mənim üçün yaradıcılıq saflıq və məhəbbətin vəhdətidir.

- Gənc şairlərə hansı məsləhətləri verərdiniz?

- Gənc yazarlara həyatı və dünya ədəbiyyatını yaxşı öyrənməyi məsləhət görərdim.

-  Yaşadığınız Lənkəranda sakinlərin şeirə, ədəbiyyata, kitaba marağı necədir?

-  İnternetin, sosial şəbəkələrin inkişaf etdiyi indiki dövrdə hər yerdə olduğu kimi Lənkəranda da kitab oxumağa meyl bir az azalıb. Lənkəranda universitet varsa, demək kitab oxuyan da var.

- Sizdən başqa ailənizdə yaradıcı ruhda olan şəxs varmı?

- Oğlum Ağanur ixtisasca həkimdir. Ancaq arabir şeir də yazır.

- Müasir şairlərə nə demək istərdiniz?

- Müasir şairlərə hərtərəfli elmə yiyələnməyi və həyatı müşahidə qabiliyyətlərinin güclü olmasını arzulayıram.

 

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər