Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Aqil Fayəddin oğlu Əkbərov dəfn olunub.
Dəfn mərasimində qəhrəmanımızın ailəsi, yaxınları, ictimaiyyət, ziyalılar və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.
Şəhidimiz doğma Xolmili kəndində torpağa tapşırılıb.
Allah rəhmət eləsin!