Lənkəran rayonunun Şixəkəran kəndindən olan, dəfələrlə dünya və Avropa çempionu adını qazanan Azər Ağazadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində verir.
O, 1 aydan çoxdur ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alırdı. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Azər Ağazadə Vətən müharibəsi qazisi idi. O, Prezident İlham Əliyevin Sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunub.