Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub. Bu haqda bu gün, 2 mart tarixində Cenublu.az sosial şəbəkələrə istinadən xəbər verir.
Amil İltifat oğlu Sultanov Donetsk uğrunda döyüşlərdə həyatını itirib. Məlumata görə, əslən Lənkəran rayonundan olan Amil Sultanovun dəfn mərasimi Zaporojyedə keçiriləcək. Onun idmançı olduğu deyilir.