Lənkəran rayon Viyən kənd tam orta ümumtəhsil məktəbinin yeni binasının tikintisi davam edir. ARB Cənub TV bununla bağlı süjet hazırlayıb.
Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 6 müəssisədə əsaslı təmir aparılır, eləcə də 6 təhsil müəssisəsinin tikintisi icra edilir. Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib, Lənkəran rayonu Çay fabriki qəsəbə tam orta məktəb üçün isə uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib.