Lənkəran şəhəri, Koroğlu küçəsinin işıqlandırılması sakinləri qane etmir. Bununla bağlı onlar bu gün, 5 sentyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlərin sözlərinə görə, əraziyə işıq dirəkləri quraşdırılsa da, tez-tez sönür:
“Şikayət edirik, gəlirlər, düzəldirlər. Bir neçə dəqiqə keçir, yenidən sönür. Problemin nədə olduğunu da bilmirik. Xahiş edirik aidiyyəti qurumlardan, məsələni nəzarətə götürsünlər”.