Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən yaşayış binalarının həyətindənki kanal sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 6 sentyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, “Samovar” abidəsinin yanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətindəki kanal tez-tez daşır və binanın həyətini su basır:
“Kanal üstüaçıq olduğundan bir az yağıntı olan kimi məhəlləmizi su basır, üstəlik də çirkli su. Üfunətdən həyətə girmək olmur. Dəfələrlə qurumlara müraciət etmişik, lakin problemimiz həll olunmayıb. Bir daha xahiş edirik aidiyyəti qurumlardan, yağıntılar başlamadan məsələni həll etsinlər”.