Lənkəran rayonunun Girdəni kəndində yerləşən transformator təhlükə saçır. Bununla bağlı sakinlər bu gün, 15 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, işıq transformatoru işlək vəziyyətdədir və açıqdır:
“Əgər kimsə bilmədən toxunsa, fəlakət baş verəcək. Transformatorun çəpərsiz olması, əsasən də uşaqlar üçün təhlükəlidir. Aidiyyəti qurumlardan xahiş edirik ki, problemi həll etsinlər”.