Lənkəran şəhərinin Mir Mustafa Xan küçəsindəki “Köhnə hamam”ın ərazisi yenə tullantılarla dolub. Məsələ ilə bağlı sakinlər Cenublu.az-a müraciət ediblər.
Belə ki, süpürgəçilər küçədəki zibilləri sözügedən əraziyə atırlar. Nəticədə burada yığılan tullantılar pis qoxuya səbəb olur və antisanitariya vəziyyəti yaranır.
“Aidiyyəti qurumlardan məsələni nəzarətə götürmələrini xahiş edirik”, – deyə sakinlər müraciət ediblər.