Lənkəran şəhər sakinləri məişət tullantılarının küçələrə atılmasından şikayətçidirlər.
Cenublu.az-a Mirzə Fətəli Axundov küçəsi sakinlərindən daxil olan məlumata görə, məişət tullantılarını toplayan maşın yoxdur deyə, camaat zibilləri küçələrə atmaq məcburiyyətində qalır.
Bu azmış kimi, sahibsiz heyvanlar, həmçinin iribuynuzlu mal-qara da zibillə dolu paketləri parçalayır və ətrafa dağıdırlar. Nəticədə isə antisanitar və bir mənzərə yaranır.